Bazar, 05 May

Ukraynadan şok Türkiyə açıqlaması: "Onlarla birlikdə buna nail olduq"

image

Ukrayna müdafiə sənayesində olan ciddi boşluqları Türkiyə daxil olmaqla bir neçə ölkə ilə birlikdə həll etdik.

 Xəbər veriler ki, bu barədə Ukraynanın Xarici işlər naziri Dmitro Kuleba bəyan edib.

Nazir deyib ki, yaranan böhranı Türkiyə daxil olmaqla bir neçə ölkə ilə birgə yoluna qoymuşuq.

NATO haqqında danışan Ukraynanın baş diplomatı qeyd edib ki, Ukrayna NATO-nun üzvü olacaq, amma bunun üçün zamana ehtiyac var:

“NATO üzvü olana qədər ətrafımızdakı ölkələrə çevrilməliyik. Dünyada bəzi önəmli ölkələr fərqli siyasi səbəblərdən Ukraynaya silah satışını rədd edib. Bu sərt qərardır. Ancaq Türkiyə, ABŞ və İngiltərə kimi ölkələrlə razılaşaraq hərbi və texniki problemlərimizi həll etdik. Kimsə buna inanmırdı, ancaq Ukraynanı NATO-nun geniş imkanlar proqramı ilə birləşdirdik”.

Xatırladaq ki, bir neçə gün əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyəyə sifariş verdikləri "Bayraqdar TB2" dronlarının onlara təhvil verilməsini gözlədiklərini, bu dronlardan istifadə edəcək Ukrayna hərbçilərinin Türkiyədəki təlimlərinin yaxın zamanlarda başa çatacağını açıqlamışdı.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15